Bank Of Baku

Azərbaycan İrana qaz ixracını artıracaq

Azərbaycan İrana qaz ixracını artıracaq
# 13 noyabr 2010 09:49 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda ARDNŞ Astarada yeni qaz kompressor stansiyasını inşa edir və burada 6 yeni kompressor quraşdırılır: «Stansiyada işlər qrafik üzrə gedir və bu stansiya nəticəsində biz bu ilin sonunda İrana ixrac etdiyimiz qazın həcmini artıracağıq».

Qeyd edək ki, bu il ərzində Azərbaycandan İrana 0,5 mlrd. kubmetr qaz ixrac olunması planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR