Bank Of Baku

“Şahdəniz-2” layihəsi üzrə müqavilələr 2011-ci ildə imzalanacaq

“Şahdəniz-2” layihəsi üzrə müqavilələr 2011-ci ildə imzalanacaq
# 13 noyabr 2010 10:36 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyə tərəfi ilə “Şahdəniz-2” layihəsi üzrə qazın tranzitinə, eləcə də 6 mlrd. kubmetr yanacağın alqı-satqısına dair müqavilələr hazırlanır: “Həmçinin Avropa ölkələri ilə illik 10 mlrd. kubmetr qazın satışına dair danışıqlar aparılır”.

Xatırladaq ki, «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində ölkədə illik qaz hasilatının 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR