Bank Of Baku

ARDNŞ prezidenti: “2013-cü ilədək Azərbaycan ərazisinin 90%-i tam qazlaşdırılacaq”

ARDNŞ prezidenti: “2013-cü ilədək Azərbaycan ərazisinin 90%-i tam qazlaşdırılacaq”
# 13 noyabr 2010 11:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dövlət başçısının tapşırığına əsasən 2013-cü ilədək Azərbaycan ərazisinin 90%-i tamamilə qazlaşdırılmalıdır.

«APA-Economics»in xəbərinə görə, bu barədə məlumat verən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, indi ölkənin bütün rayon və qəsəbələrində qazlaşdırma prosesi gedir.

Onun sözlərinə görə, ilk növbədə sərhədyanı ərazilərin tamamilə qazlaşdırılması nəzərdə tutulur: “Artıq Ağdamın Quzanlı qəsəbəsi və bütün kəndləri qazlaşdırılıb. Füzulidə isə Horadiz və ətraf kəndlərin qazlaşması davam edir. Bundan sonra Aran rayonlarının bütün kəndlərinin qazlaşdırılması başa çatdırılacaq. Nəhayət, dağ rayonlarının kəndlərinin qazlaşdırılmasına başlanacaq. Artıq bununla bağlı yeni proqram hazırlanıb, və «Azəriqaz» İstehsalat Birliyi bununla bağlı işləri həyata keçirir. Fikirləşirik ki, 2012-ci ilin sonunda dövlət başçısının tapşırığını tam yerinə yetirəcəyik”.

Azərbaycanda qazlaşdırmanın böyük sürətlə aparıldığını deyən R.Abdullayev bildirib ki, təkcə son bir ildə ölkədə əhali abunəçilərinin sayı 120 min nəfər artıb. Bu, ölkədəki ümumi qaz abunəçilərinin 10%-i qədərdir. ARDNŞ prezidentinin sözlərinə görə, yaxın günlərdə Bakı və Abşeronun qaz sistemini yenidən quracaq şirkət də məlum olacaq. Artıq «E.On Ruhrgas» və «RWE» şirkətləri bununla bağlı təkliflərini və texniki iqtisadi əsaslandırmanı ARDNŞ-a təqdim ediblər: «Yaxın günlərdə bununla bağlı seçim edib müqavilə bağlayacağıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR