Bank Of Baku

Azərbaycanın «Azəri-Çıraq-Günəşli» üzrə neft hasilatı 4,5% artırılacaq

Azərbaycanın «Azəri-Çıraq-Günəşli» üzrə neft hasilatı 4,5% artırılacaq
# 13 noyabr 2010 14:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar bloku üzrə neft hasilatın 2010-cu ildə 42 mln. ton təşkil edəcəyi proqnozlaşdırılır. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirilib.

Şirkətdən verilən məlumata görə, proqnoz yerinə yetirildiyi təqdirdə, AÇG üzrə neft hasilatı 2009-cu illə müqayisədə 4,5%, son 5 il ərzində isə 80,3% artacaq.

Qeyd edək ki, bu il ərzində AÇG üzrə əməliyyat məsrəflərinə 587 mln. ABŞ dolları, əsaslı məsrəflərinə isə 1,584 mlrd. dollar vəsait yatırılacağı gözlənilir.

Xatırladaq ki, 900 mln. tondan artıq neft ehiyyatı olan AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,14%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «StatoilHydro» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon Energy» (5,63%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR