Bank Of Baku

BƏƏ-də dünyanın ən böyük sənaye zonası tikilir

BƏƏ-də dünyanın ən böyük sənaye zonası tikilir
# 17 noyabr 2010 11:01 (UTC +04:00)
«APA-Economics»in «GulfJobsMarket»ə istinadən verdiyi məlumata görə, artıq indidən dünyanın ən böyük sənaye zonası sayılan «Kizad» bir tərəfdən İran körfəzi, digər tərəfdən səhra ilə əhatələnib. Sahəsi 417 kv/km olan sənaye zonasının tikintisi 7,2 mlrd. dollara başa gələcək. «Kizad» sənaye zonasının artıq 2012-ci ilin sonunda işə düşəcəyi gözlənilir. Həmin vaxtadək burda kimya, poladəritmə, maşınqayırma, əczaçılıq və qida sənayesi müəssisələri fəaliyyətə başlamalıdır. 2013-cü ildə tikintinin ikinci mərhələsi başlayacaq. Bu zaman zonada ticarət, kommunikasiya və yüksək texnologiyalar sahəsində çalışan müəssisələr işə düşəcək. 2030-cu ilədək «Kizad»da 150 min nəfərin işlə təmin olunacağı gözlənilir.

Yeni sənaye zonasını Abu-Dabi ilə dəmiryolu və avtomobil magistralı, xarici aləmlə isə dəniz limanı və 4 aeroport birləşdirəcək. Artıq 2012-ci ildə «Kizad»ın yük dövriyyəsi 9 milyon ton olmalıdır ki, bu da Abu-Dabinin əsas limanının dövriyyəsindən 4 dəfə artıqdır.
BƏƏ hökuməti «Kizad»a xüsusi iqtisadi status verəcək - onun ərazisində 100% xarici kapitallı müəssisələrdə işləyə biləcək. Xatırladaq ki, BƏƏ-də qüvvədə olan qanunvericiliyə görə, burda fəaliyyət göstərmək istəyən xarici şirkət hökmən özünə yerli firmalar arasında tərəfdaş tapmalıdır. Yeni sənaye zonasına isə bu tələblər aid edilməyəcək.

BƏƏ rəhbərliyi sənaye zonasının tikintisinə böyük ümidlər bağlayır. Onların fikrincə, «Kizad» ölkənin neft-qazdan asılılığını aradan qaldırmalıdır. Hər şey plan üzrə getsə, 2030-cu ilə «Kizad» ölkə iqtisadiyyatının 15%-ni təşkil edəcək. Burda istehsal olunan malların 70%-i isə xaricə ixrac olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR