Bank Of Baku

TAP layihəsi Avropa İttifaqının “Cənub dəhlizi”ni prioritet elan etməsini alqışlayır

TAP layihəsi Avropa İttifaqının “Cənub dəhlizi”ni prioritet elan etməsini alqışlayır
# 18 noyabr 2010 12:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avropa Komissiyası inteqrasiya olunmuş Avropa enerji şəbəkəsinə icazə vermək üçün planlaşdırılmış enerji infrastrukturunun prioritetlərini müəyyən edən “2020 və sonrakı illər üçün enerji infrastrukturunun prioritetləri”ni təsdiq edib.

Trans Adriatik qaz kəməri layihəsinin (Trans Adriatic Pipeline - TAP) səhmdarlarının «APA-Economics»ə verdiyi məlumata görə, Avropanın iqlim dəyişikliyinə əhəmiyyətli dərəcədə töhfə verə bilən kommunikasiyada qazın tanınmasını Avropa İttifaqının gələcək energetika sahəsindəki mühüm hissəsi kimi müsbət qarşılayır.

Eyni zamanda TAP Avropa İttifaqının Avropanın gələcək qaz-enerji təchizatının təhlükəsizliyi və diversifikasiyasının aparıcı sahəsi olan Cənubi Qaz Dəhlizini tanımasını alqışlayır.

Kommunikasiya Avropa İttifaqının və digər hökumətlərin yeni qaz infrastrukturlarının daha sadə və sürətli prosedurlar vasitəsilə, həmçinin investorlar üçün yeni stimullar və yeni maliyyə mexanizmləri ilə sadələşdirilməsində olan roluna xüsusi diqqət yetirir. Baxmayaraq ki, TAP bütün bu addımları alqışlayır, o, bazarda və qərar qəbul etmədə iştirak edən ticari şəxslərin mühüm rolunu da vurğulamaq istəyir. Hər bir ictimaiyyətə açıq stimul tam şəffaflığa əsaslanmalı və iqtisadi effektivlik prinsipinə uyğun şəkildə qurulmalıdır.

TAP layihəsinin icraçı direktoru Kyetil Tunqlandın sözlərinə görə, TAP indi daha konkret addımlar atmağa çalışır və inanır ki, Avropa İttifaqı və digər aidiyyəti olan üzv ölkələr alternativ layihələr uğrunda olan rəqabəti şəffaf və bərabər hüquqlu oyun meydançasında davam etdirəcək.

Qeyd edək ki, uzunluğu 520 km olacaq TAP qaz kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi qiyməti təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı («EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləri) var.

Xatırladaq ki, “Şahdəniz” yatağının ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda “Şahdəniz” yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 15 mln. kubmetr təşkil edir. “Şahdəniz” yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), “Statoil” (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), “LUKoil” (10%), NICO (10%), “Total” (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR