Bank Of Baku

Azərbaycanın mənfəət nefti bu il 6,6% artacaq

Azərbaycanın mənfəət nefti bu il 6,6% artacaq
# 18 noyabr 2010 12:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycanın mənfəət neftinin həcmi ötən illə müqayisədə 6,6% artacağı gözlənilir. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirilib.

Şirkətdən verilən məlumata görə, əgər ötən il Azərbaycanın mənfəət neftinin həcmi 27,2 mln. ton təşkil edibsə, artıq 2010-cu ildə bu göstəricinin 29 mln. ton olacağı proqnozlaşdırılır. Proqnoz yerinə yetirildiyi halda son 3 il ərzində ölkənin mənfəət nefti 34,3%, son 5 il ərzində isə 6,3 dəfə artacaq.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda hasil olunan neftin 52,450 mln. ton olacağı gözlənilir və bu, 2009-cu illə müqayisədə 4% çoxdur. Bu il ərzində ARDNŞ-in 8,4 mln. ton, xarici şirkətlərin isə 44,4 mln. ton neft hasil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR