Bank Of Baku

Azərbaycan Strateji Araşdırmalar Mərkəzində “Xəzər enerjisinin Avropa istiqaməti” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Strateji Araşdırmalar Mərkəzində “Xəzər enerjisinin Avropa istiqaməti” mövzusunda dəyirmi masa keçirilib
# 18 noyabr 2010 13:28 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Bu gün Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Xəzər enerjisinin Avropa istiqaməti” mövzusunda dəyirmi masa keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə əsasən Xəzərin enerjidaşıyıcılarının Avropa üçün əhəmiyyəti müzakirə olunub.

Tədbiri açıq elan edən SAM-ın rəhbəri Elxan Nuriyev bildirib ki, Azərbaycan son illər transmilli layihələri uğurla icra etməklə energetika sahəsində aparıcı oyunçulardan birinə çevrilib. O, Azərbaycanın təkcə enerjidaşıyıcıları ixracatçısı deyil, həm də tranzit ölkə olaraq rolunun getdikcə artdığını vurğulayıb.

Trans Xəzər Təşəbbüsünün direktoru Borut Grgic Azərbaycanın yer aldığı enerji layihələrinə, xüsusən “Cənub dəhlizi”nə diqqət yetirilməsini vacib saydığını qeyd edib: “Cənub dəhlizi” təkcə ixracatçıların və istehlakçıların tələblərinə cavab verməyəcək, həm də Avropanın enerji diversifikasiyasına gətirib çıxaracaq”.

Rumıniya XİN-in enerji təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi Mixnea Konstantinesku bildirib ki, Azərbaycanın enerji layihələrində iştirakı Qazaxıstan, Türkmənistan və digər ölkələri də layihələrə cəlb etmək imkanı verir.

Avropa İttifaqının Azərbaycandakı xüsusi nümayəndəsi Roland Kobia isə “Cənub dəhlizi” layihəsini “siyasi dəstəyə ehtiyacı olan iqtisadi-kommersiya layihəsi” adlandırıb: “Bu layihə rəqabət mühiti yaratmağa imkan verəcək. “Nabucco” layihəsinə qoşulmaqla isə Azərbaycan enerjidaşıyıcılarının Avropaya çatdırılmasında vacib tranzit qovşaqlarından birinə çevriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR