Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsi dayandırılıb

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsi dayandırılıb
# 19 noyabr 2010 07:27 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarından əhaliyə xəbərdarlıq edilmədən ölkənin şimal-qərb rayonlarına (Balakən, Zaqatala və Qax) təbii qazın verilməsi dayandırılıb.

Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-ya verilən açıqlamada ölkənin şimal-qərb bölgəsinə təbii qazın verilməsinin dayandırılması faktı təsdiqlənib. Buna səbəb olaraq Yevlax-Şəki-Balakən magistral qaz kəmərinin 140-cı kilometrliyindən keçən hissəsində 219 mm-lik qaz kəmərinə qoşulmasıdır. Hazırda Ağdaş Magistral Qaz Kəməri İdarəsinin əməkdaşları yuxarıda adı çəkilən ərazidə çalışır. Günün sonuna kimi qoşulma işlərinin başa çatdırılması və bölgəyə təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR