Bank Of Baku

Azərbaycanda qızıl hasilatı oktyabrda sabit qalıb

Azərbaycanda qızıl hasilatı oktyabrda sabit qalıb
# 19 noyabr 2010 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayı ərzində Azərbaycanda hasil olunan qızılın həcmi sentyabr ayı səviyyəsində qalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrda Azərbaycanda 200 kq qızıl çıxarılıb ki, bu da cari ilin yanvar ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.

Cari ilin yanvar-oktyabr aylarında isə Azərbaycanda hasil olunan qızılın ümumi həcmi 1,6 ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda qızılın hasilatına Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti tərəfindən 2009-cu ilin may ayında başlanılıb. Hazırda Azərbaycanın 99,5 kq həcmində qızıl ehtiyatı mövcuddur. Yaxın vaxtda bu miqdara daha 100 kq əlavə olunacaq.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızıl hesabına formalaşır. Qızılın 1 unsiyasının qiyməti hazırda dünya bazarlarında 1 353 ABŞ dollarına bərabərdir ki, bu da ilin əvvəli ilə müqayisədə 21% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR