Bank Of Baku

Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi 2% artıb

Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi 2% artıb
# 19 noyabr 2010 11:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan sənayesinin mədənçıxarma bölməsində istehsalın həcmi 17 mlrd. manat olmaqla, ötən ilin müvafiq dövrünün səviyyəsini 1,9% qabaqlayıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sahənin əsas məhsulu hesab olunun xam neft hasilatı 1,6% artaraq 42,9 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 4,2% artaraq 14 mlrd. kubmetr təşkil edib.

Mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən yanvar-oktyabr aylarında 2,7 mln. ton çınqıl, qırma daş, xırda çay daşı, 1 mln. ton tikinti qumu, 314 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilib.

Qeyd edək ki, 2010-cu ildə ölkədə neftin hasilatının 52,450 mln. ton olacağı gözlənilir, bu da 2009-cu illə müqayisədə 4% çoxdur. Bu il ərzində ARDNŞ-in 8,4 mln. ton, xarici şirkətlərin isə 44,4 mln. ton neft hasil edəcəyi gözlənilir. Qaz hasilatına gəldikdə isə, 2010-cu ildə ölkədə qaz hasilatının 28,5 mlrd. kubmetr səviyyəsində olacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR