Bank Of Baku

Azərbaycandakı yanacaqdolurma məntəqələri satışı 9% artırıb

Azərbaycandakı yanacaqdolurma məntəqələri satışı 9% artırıb
# 19 noyabr 2010 13:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən yanacaqdolurma məntəqələrində satılmış neft məhsullarının fiziki həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 8,8% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə yanacaqdoldurma məntəqələrində 630,5 mln. manatlıq neft məhsulları satılıb.

Eyni zamanda, cari ilin ilk 10 ayı ərzində əhaliyə, müəssisə və təşkilatlara 459 mln. manatlıq və ya 2009-cu ilin eyni dövrü ilə müqayisədə 9,4% çox avtomobil benzini satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR