Bank Of Baku

«Itochu» şirkəti «Əsrin Müqaviləsi»ndə iştirakını genişləndirmək istəyir

«Itochu» şirkəti «Əsrin Müqaviləsi»ndə iştirakını genişləndirmək istəyir
# 19 noyabr 2010 13:50 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, «Itochu» Korporasiyasının Azərbaycanla artıq 15 ilə yaxındır ki sıx əməkdaşlıq etdiyini və həm neft, həm də qeyri-neft sektorunda müxtəlif layihələrdə tərəfdaş olduğunu xatırladan qonaq, həyata keçirdikləri beynəlxalq layihələr arasında «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi («Əsrin Müqaviləsi») layihəsinə xüsusi etimad göstərildiyini bildirərək «Itochu»nun bu layihədə iştirakını genişləndirmək niyyətini açıqlayıb. «Itochu» rəsmisi həmçinin ARDNŞ ilə beynəlxalq miqyasda neft və neft məhsullarının treydinqi, habelə neft kimyası sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

ARDNŞ prezidenti R.Abdullayev «Itochu» Korporasiyası ilə birgə layihələrin icrasının bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu bildirib. R.Abdullayev ARDNŞ-in Türkiyədə idarəçiliyində olan «Petkim» neft-kimya kompleksinin nəzdində layihə gücü ildə 10 mln. ton təşkil edəcək yeni neft emalı zavodunun inşası üçün Türkiyə hökumətindən müvafiq razılıqların alındığını nəzərə çatdıraraq bu sahədə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu deyib. R.Abdullayev «Itochu» ilə ARDNŞ arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bu və digər layihələrdə əlverişli imkanların mövcud olduğunu qeyd edərək, digər maraqlı şirkətlərlə yanaşı Yaponiyanın bu iri korporasiyasının təkliflərinin də diqqətlə nəzərdən keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR