Bank Of Baku

Azərbaycanda magistral kəmərlərlə neftin nəqlini azalıb, qazın nəqli isə artıb

Azərbaycanda magistral kəmərlərlə neftin nəqlini azalıb, qazın nəqli isə artıb
# 20 noyabr 2010 07:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 41,7 mln. ton və ya ötən ilin analoji dövründəkindən 1,7% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,8%-i ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə 32 mln. ton neft ötürülüb ki, 2009-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu göstərici 0,3% azalıb. Cari ilin iyul ayından başlayaraq BTC kəməri ilə üç ay ərzində 860,4 min ton Türkmənistan nefti nəql edilib.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 14,5 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,9% çox qaz nəql edilib. Nəql edilmiş qazın 30,2%-i Bakı-Tiflis-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə 4,4 mlrd. kubmetr qaz ötürülüb. Ötən ilin analoji dövrü ilə müqayisədə sözügedən kəmər vasitəsilə qaz nəqlinin həcmi 2,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR