Bank Of Baku

Azərbaycanda IPI indeksi oktyabrda azalıb

Azərbaycanda IPI indeksi oktyabrda azalıb
# 23 noyabr 2010 09:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2010-cu ilin oktyabr ayında 99,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, indeks bu ilin sentyabr ayında 100,9%-ə bərabər olub:




IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə nisbəti (faizlə) kimi ölçülür. Belə ki, indeks oktyabrda istehsal edilmiş məhsulun dəyərinin (2,079 mlrd. manat) sentyabrda istehsal edilmiş məhsulun dəyərinə (2,098 mlrd. manat) bölünməsi yolu ilə hesablanır.

Beləliklə, sentyabr ayında indeksin artmasından sonra azalma baş verib ki, bu da oktyabr ayında aylıq müqayisədə artım templəri üzrə yüksəlmə tendensiyasının azalma tendensiyası ilə əvəz olunduğunu göstərir. Eyni zamanda, indeksin 100%-dən az olması oktyabrda sənaye istehsalının sentyabrla müqayisədə azalmasını əks etdirir ki, bu da indeksin azalması ilə birlikdə mənfi göstəricidir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2010-cu ilin yanvar-oktyabr aylarında ölkədə sənaye istehsalı 22 488,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR