Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində yenidən fasilə yaranıb

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində yenidən fasilə yaranıb
# 24 noyabr 2010 08:00 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarından əhaliyə xəbərdarlıq edilmədən ölkənin şimal-qərb rayonlarına (Balakən, Zaqatala, Qax və Şəki) təbii qazın verilməsi dayandırılıb.

Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-ya verilən açıqlamada ölkənin şimal-qərb bölgəsinə təbii qazın verilməsinin dayandırılması faktı təsdiqlənib. Buna səbəb Yevlax-Şəki-Balakən magistral qaz kəmərinin Xaldan qəsəbəsi ərazisindən keçən hissəsində qaz sızmalarının aşkar edilməsidir. Hazırda Ağdaş Magistral Qaz Kəməri İdarəsinin əməkdaşları yuxarıda adı çəkilən ərazidə təmir işlərinə başlayıb. Günün sonuna kimi təmir işlərinin başa çatdırılacağı və bölgəyə təbii qazın verilməsinin bərpa ediləcəyi bildirilir.

Qeyd edək ki, bu, son 5 gün ərzində bölgəyə təbii qazın verilməsində yaranan ikinci fasilədir. Noyabrın 19-da da Yevlax-Şəki-Balakən magistral qaz kəmərinin 140-cı kilometrliyindən keçən hissəsində 219 mm-lik qaz kəmərinə qoşulması ilə əlaqədar bölgəyə təbii qazın verilməsində fasilə yaranmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR