Bank Of Baku

Bakıda bərk tullantılarının idarəçiliyi üzrə inkişaf strategiyasının hazırlanması ilə bağlı təqdimat keçirilib

Bakıda bərk tullantılarının idarəçiliyi üzrə inkişaf strategiyasının hazırlanması ilə bağlı təqdimat keçirilib
# 24 noyabr 2010 08:19 (UTC +04:00)
Bakı. APA-Economics – Vahab Rzayev. Azərbaycanda Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi çərçivəsində sektorun yenidən qurulması üzrə məsləhət xidmətlərini həyata keçirən Türkiyənin «Ecodenge» şirkəti «Təmiz Şəhər» ASC ilə birgə İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Bakıda bərk tullantılarının idarəçiliyi üzrə inkişaf strategiyasının hazırlanması ilə bağlı təqdimat seminarı keçirib. «APA-Economics» xəbər verdiyi kimi, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahil Babayev bildirib ki, Bakı şəhəri və Abşeronda ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bərk tullantıların idarəçiliyinin təkmilləşdirilməsi və bu prosesin müasir standartlara uyğun həyata keçirilməsi üçün bu sahədə uzunmüddətli strategiyanın hazırlanması böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, «Ecodenge» şirkəti 2 il müddətində Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyasını hazırlayacaq. Bundan başqa şirkət tərəfindən demoqrafik göstəricilərə əsasən tullantı miqdarının proqnozlaşdırılması, mövcud tullantı idarəçiliyi sistemi, tullantıların tərkibinin tədqiqi, institusional və maliyyə təhlilləri, tariflərin öyrənilməsi və hüquqi aspektlər üzrə analitik təhlillərin aparılması planlaşdırılır.

Keçirilən seminarda aidiyyəti dövlət qurumları, «Təmiz Şəhər» ASC, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr, beynəlxalq təşkilatlar və layihədə iştirak edən təşkilatların nümayəndələri iştirak ediblər. Seminarda «Ekodenge» şirkətinin mütəxəssisləri tərəfindən bərk məişət tullantılarının idarəçiliyi üzrə inkişaf strategiyasının hazırlanması metodologiyası təqdim olunub, institusional struktur, tullantıların toplanması və utilizasiyası, tullantıların emalı və yerləşdirilməsi, maliyyə dayanıqlığı və ictimai maarifləndirmə mövzusunda müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR