Bank Of Baku

Tacikistanda əhalinin elektrik enerjisi ilə təminatına tətbiq olunan məhdudiyyətlər sərtləşdirilib

Tacikistanda əhalinin elektrik enerjisi ilə təminatına tətbiq olunan məhdudiyyətlər sərtləşdirilib
# 24 noyabr 2010 12:09 (UTC +04:00)
Bakı - APA-Economics. Tacikistanda əhalinin elektrik enerjisi ilə təminatına tətbiq olunan məhdudiyyətlər sərtləşdirilib.

APA-Economics”in “AsiaPlus” agentliyinə istinadən xəbərinə görə, bu, Vəxş çayına gələn suyun qarşısının müvəqqəti kəsilməsi ilə əlaqədardır. Artıq Tacikistanın bir sıra bölgələrinə sutkada cəmi 3-4 saat elektrik enerjisi verilir.

Qeyd edək ki, Vəxş çayı üzərində Tacikistanın ən böyük hidroelektrik stansiyaları - Nurek və Sanqtudi HES-1 yerləşir. Çayın yatağının qarşısının kəsilməsi tikilməkdə olan Sanqtudi HES-2 üçün bənd qurulması ilə bağlıdır. Bir müddət əvvəl ölkənin Energetika Nazirliyi çayın qarşısının müvəqqəti olaraq kəsilməsinin əhalinin enerji təminatında problem yaratmayacağına dair vəd vermişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR