Bank Of Baku

Polşada özəlləşdirilməyə çıxarılan yüzlərlə müəssisənin siyahısı Azərbaycan prezidentinə təqdim olunub - VİDEO

Polşada özəlləşdirilməyə çıxarılan yüzlərlə müəssisənin siyahısı Azərbaycan prezidentinə təqdim olunub - <font color=red>VİDEO </font>
# 24 noyabr 2010 13:10 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, iclasda Azərbaycanla Polşanın müxtəlif sahələr, xüsusilə də energetika sektorunda uğurla əməkdaşlıq etdiyini bildirən komissiyanın Azərbaycan tərəfdən həmsədri, sənaye və energetika naziri Natiq Əliyev digər sahələrdə də inkişaf üçün ciddi potensial olduğunu qeyd edib. O, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, səhiyyə, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilə biləcəyini deyib.

Tədbirdə Azərbaycan tərəfi iki ölkə arasında nəqliyyat əlaqələrinin, o cümlədən Varşava-Bakı aviareysinin açılması, dəmiryolu və avtomobil nəqliyyatı daşımalarının aktivləşdirilməsi barədə təkliflər verib.

Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyak Azərbaycan tərəfini Polşada aparılan özəlləşdirmə prosesində iştirak etməyə çağırıb. Qonağın sözlərinə görə, bir qədər əvvəl Polşa iri dövlət müəssisələrinin özəlləşdirilməsini nəzərdə tutan böyük özəlləşmə proqramını açıqlayıb: «Bura energetika və neft sektoruna aid müəssisələr, o cümlədən «Lotos» firması da aiddir. Biz Azərbaycan investorlarını, xüsusilə ARDNŞ-ı - əgər bu təklif şirkətin strateji məqsədləri ilə üst-üstə düşürsə - bu layihələrlə maraqlanmağa dəvət edirik».

Yeri gəlmişkən, Polşadakı özəlləşdirmədə Azərbaycan tərəfinin iştirakı polşalı qonağın Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə də müzakirə olunub. V.Pavlyak bildirib ki, görüş zamanı ölkəsində özəlləşdirilməyə çıxarılan yüzlərlə müəssisənin siyahısını dövlət başçısına verib.

İclasda iki ölkə arasında ən mühüm sahələrindən olan neft və neft məhsullarının ixracı ilə bağlı «Sarmatiya» layihəsi (Odessa-Brodı-Plotsk neft kəməri) də müzakirə olunub. V.Pavlyak bildirib ki, layihənin reallaşması üçün o, yeni formatda olmalı və bu günün reallığına uyğunlaşdırılmalıdır. Görüşdən sonra Polşa baş nazirinin müavini mətbuata açıqlamasında bildirib ki, səfər zamanı hökumətlərarası komissiyanın iclası ilə paralel biznes-forumun da keçirilməsi iki ölkənin iş adamları arasında əlaqələrin daha da genişlənməsinə kömək edəcək.

Qeyd edək ki, 2008-ci ildən etibarən Azərbaycan hər il Polşaya 220 min ton neft və neft məhsulları göndərir. N.Əliyevin sözlərinə görə, bu ilin ilk yarısında bu rəqəm 300 min tonu keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR