Bank Of Baku

Kulevi Terminalı 300-cü tankeri qəbul edib

Kulevi Terminalı 300-cü tankeri qəbul edib
# 24 noyabr 2010 13:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Gürcüstanda ARDNŞ-a məxsus Kulevi Qara dəniz Terminalı noyabrın 22-də 300-cü tanker qəbul edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hazırda dizel yanacağı yüklənən tanker yaxın vaxtlarda dünya bazarlarına yola salınacaq.

Xatırladaq ki, ARDNŞ-ın Gürcüstanda əldə etdiyi Kulevi Qara dəniz Terminalı xam neftin, dizel yanacağının və mazutun qəbulu, saxlanması və gəmilərə yüklənməsi üçün nəzərdə tutulub. Terminalın ötürmə qabiliyyəti ildə 10 mln. tondur (3 mln. ton neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR