Bank Of Baku

Azərbaycanda yeni iri qaz yatağı kəşf olunub

Azərbaycanda yeni iri qaz yatağı kəşf olunub
# 24 noyabr 2010 14:31 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev «Ümid» yatağında böyük qaz ehtiyatlarının aşkarlandığını bəyan edib. Belə ki, 200 mlrd. kubmetr qaz ehtiyatı olan «Ümid» yatağı ehtiyatlarının həcminə görə «Şahdəniz»dən sonra ölkənin müstəqilliyi tarixində kəşf olunan ikinci böyük qaz yatağıdır.

R.Abdullayevin sözlərinə görə, yataqda qazılan kəşfiyyat quyusunun layihə dərinliyi 6500 metr olub. Yataqda kəşfiyyat işləri ARDNŞ-in hesabına aparılır. Bazardakı mövcud qiymətləri nəzərə alanda «Ümid» yatağında tapılan ehtiyatların ümumi qiyməti 30-40 mlrd. dollar təşkil edir.

Qeyd edək ki, «Ümid» yatağında aparılan kəşfiyyat işlərinin nəticələrini ölkə rəhbərliyi səbirsizliklə gözləyib. Hətta prezidert İlham Əliyev Nazirlər Kabinetinin ölkədə ilk 9 ayın sosial-iqtisadi nəticələrinə həsr olunmuş toplantısında «Ümid» yatağından yaxşı xəbərlər gözlədiyini bildirmişdi: «Ümid» yatağının adı özlüyündə bunu tələb edir. İlkin xəbərlər ümidvericidir. Səbirsizliklə gözləyirik ki, «Ümid» yatağında da böyük nəticələr görək. Bu, Azərbaycanın qaz potensialını daha da artıracaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR