Bank Of Baku

Azərbaycan prezidenti yeni qaz yatağının açılması münasibətilə ARDNŞ rəhbərliyi ilə görüşüb

Azərbaycan prezidenti yeni qaz yatağının açılması münasibətilə ARDNŞ rəhbərliyi ilə görüşüb
# 24 noyabr 2010 15:38 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, dövlət başçısı bildirib ki, Azərbaycanın dünya enerji sistemində mövqeləri möhkəmlənir və neft-qaz sahəsində əldə etdiyi uğurlar dünyada yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev dəniz yataqlarına qoyulan investisiyaların xüsusi əhəmiyyətə malik olduğunu, Dövlət Neft Şirkətinin təşəbbüsü ilə “Ümid” yatağında kəşfiyyat işlərinin aparılmasının da növbəti uğurlarımızdan olduğunu diqqətə çatdırıb.

“Bu hadisə bir daha göstərir ki, Azərbaycan təkcə neft yox, həm də qaz ölkəsi kimi tanınır”, - deyən prezident “Ümid” yatağının işlənilməsi nəticəsində Azərbaycanın qaz potensialının daha da artacağını, bu yatağın böyük gələcəyinin olduğunu bildirib.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Ümid” yatağının kəşfiyyat işləri və perspektivləri barədə məlumat veriblər. Bildirilib ki, Bakıdan 70 kilometr məsafədə yerləşən “Ümid” yatağındakı qaz ehtiyatları proqnozdan daha çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR