Prezident İlham Əliyev: “XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək”
“Müəyyən müddətdir ki, Dövlət Neft Şirkəti “Ümid” yatağında kəşfiyyat işləri aparırdı. Uzun fasilədən sonra biz böyük neft-qaz yatağında bütün qazma və kəşfiyyat işlərini öz hesabımıza, öz gücümüzlə aparmışıq. Azərbaycan bu gün dünya enerji xəritəsində özünəməxsus rola malikdir. Mövqelərimiz möhkəmlənir və tərəfimizdən irəli sürülmüş təşəbbüslər bu sahədə yeni vəziyyətin yaranmasına gətirib çıxarıb”, deyə prezident bildirib.
Prezident gələcəkdə Azərbaycan ərazisindən keçən yeni qaz kəmərlərinin tikintisini istisna etməyib. ““Ümid” yatağının aşkarlanması xüsusi məna daşıyır. Bu onu göstərir ki, Azərbaycanda neft-qaz sahəsində bütün işlər uğurla aparılır. Bizim xarici tərəfdaşlarla imzalanmış pay bölgüsü üzrə kontraktlar maraqlarımızı tam şəkildə təmin edir və bu gün mənfəət neftinin mütləq əksəriyyəti Azərbaycana məxsusdur. Xarici şirkətlərdə çalışanların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Yəni, bu kontraktlar sadəcə olaraq neftin hasil edilməsi, nəqli və ya mənfəətin bölgüsü ilə məhdudlaşmır. Bu kontraktlar bizə başqa sahələrdə də inkişafa nail olmaq üçün şərait yaratdı. Neft yatağına qoyulan hər bir dollar investisiya digər sahələrə buna bərabər həcmdə investisiyanın gətirilməsinə xidmət göstərir. İnşaat və xidmət sektorları Azərbaycanda böyük dərəcədə inkişaf edib. Həm özəl, həm də ki, dövlət şirkətləri bundan faydalanıb.
Bütün bu işlərin görülməsi ölkəmizi böyük dərəcədə gücləndirdi. Təbii ki, biz bu resursları, xüsusilə maliyyə resurslarını əldə etdikdən sonra özümüz də həm ölkə daxilində, həm də xaricə investisiyalar qoymağa başlamışıq. Nəinki ölkə daxilində, xaricə qoyduğumuz investisiyalar milyardlarla ölçülür. Türkiyə, Gürcüstan, Ukrayna, digər ölkələrdə investisiyalarımızı gözləyirlər. Azərbaycan və onun Dövlət Neft Şirkəti etibarlı tərəfdaş kimi öz imkanlarını ortaya qoyur. Biz əməkdaşlığın dərinləşməsi üçün bütün tədbirləri görürük. Xaricə qoyduğumuz milyardlarla ölçülən investisiyalar Azərbaycanın maraqlarını təmin edir. Gələcəkdə bu, bizə ondan da çox gəlir gətirəcək. Bu gün yox, 5 ildən, 10 ildən sonra. Bununla bərabər, Azərbaycanın neft-qaz sektoruna, xüsusilə dəniz yataqlarına qoyulan investisiyalar xüsusi əhəmiyyətə malikdir. Çünki hamımız yaxşı bilirik ki, yeni yatağa qoyulan vəsait bəzi hallarda özünü doğrultmur. Azərbaycan bir neçə pay bölgüsü üzrə kontrakt imzalayıb. Onların bir neçəsi uğur gətirmədi. Ancaq Azərbaycan dövləti bundan zərrə qədər də zərər görmədi. Çünki bütün bu investisiyalar xarici tərəfdaşın öhdəliyi idi. Bir neçə quyu qazılmışdı ki, onlar quru çıxdı. Ancaq yenə də Azərbaycan bundan ziyana düşmədi. Çünki bu xərclər xarici tərəfdaşlar tərəfindən qoyulmuşdu. Ona görə də Dövlət Neft Şirkətinin “Ümid” yatağında öz hesabına, öz gücü ilə kəşfiyyat işləri aparmaq barədə təklifi və təşəbbüsü həm riskli təşəbbüs idi, eyni zamanda, onu göstərirdi ki, biz artıq bunu etməyə qadirik. Biz Xəzərin bütün imkanlarını yaxşı bilirik. Geoloqlarımızın təcrübəsi və bilikləri heç də ən aparıcı neft şirkətlərinin geoloqlarının təcrübəsindən geri qalmır, hətta dəqiq deyirəm, onları üstələyir. Son illər ərzində bəzi xarici şirkətlər tərəfindən aparılmış uğursuz kəşfiyyat işləri bunu göstərir. Mən “Abşeron” yatağının təcrübəsini yada salmaq istəyirəm. Mən yaxşı xatırlayıram ki, o vaxt birinci dəfə “Abşeron” yatağı kontraktla əhatə olunanda geoloqlarımız və şəxsən Xoşbəxt müəllim demişdi ki, quyu harada qazılmalıdır. Əfsuslar olsun ki, o vaxt qarşı tərəf buna əhəmiyyət vermədi. Quyunu başqa yerdə qazdılar, milyonlarla, 10 milyonlarla vəsait xərclədilər və quyu quru çıxdı. Ancaq buna baxmayaraq, biz və geoloqlarımız bilirdik ki, “Abşeron” yatağı böyük ehtiyatlara malikdir. Bir neçə ildən sonra başqa şirkət maraq göstərdi və yenidən “Abşeron” yatağı üzrə kontrakt bağlandı. Ümid edirəm ki, “Abşeron” yatağında növbəti kəşfiyyat işləri uğurlu olacaq və qaz ehtiyatlarımız böyük dərəcədə artacaq”, deyə dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, baş verən hadisə nəinki Azərbaycanda, hüdudlarımızdan kənarda da böyük marağa səbəb olacaq. “Bu, bir də onu göstərir ki, Azərbaycan çox böyük qaz ölkəsinə çevrilib. Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir.
Biz bu vaxta qədər tam dəqiqliklə deyirdik ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2 trilyon kubmetr səviyyəsindədir. Əlavə edirdik ki, ancaq ola bilər və çox güman ki, bu ehtiyatlar daha da çox olsun. Bax, “Ümid” yatağının gələcəkdə işlənilməsi bu sözləri bir daha təsdiqləyir. İki trilyon, sadəcə olaraq, necə deyərlər, çox təvazökar bir rəqəmdir. Biz heç vaxt heç kimə resurslarımız haqqında yanlış məlumat verməmişdik, heç nəyi şişirtməmişdik. Bəlkə, əksinə, biz olan ehtiyatları ehtiyatla qeyd etmişik ki, həmişə dəqiq olaq. Buna görə də sözümüzə beynəlxalq enerji aləmində inam çox yüksək səviyyədədir.
Bu yatağın çox böyük gələcəyi var. Siz indi ehtiyatlar haqqında ilkin məlumatı bildirəcəksiniz. Ancaq bizim təcrübəmiz onu göstərir ki, ilkin rəqəm həmişə sonradan korrektə edilir. Ona görə, “Ümid” yatağının ehtiyatları haqqında verilən ilkin məlumat əminəm ki, gələcəkdə görülən işlər nəticəsində, düzəlişlərlə tamamlanacaq və dünya miqyaslı yeni qaz yatağının aşkarlanması dünya qaz bazarına müsbət təsir göstərəcək. Azərbaycanın imkanları daha da genişlənəcək, bizim qaz ixracımız daha da artacaq. Azərbaycanın qaz ehtiyatları haqqında bəzən dəqiq olmayan, bəzən təhrif edilmiş məlumatlar mətbuatda öz əksini tapır. Əminəm ki, “Ümid” yatağının aşkarlanması bütün bu boş söhbətlərə də nöqtə qoyacaq.
Mən də tam razıyam ki, bundan sonra “Babək” yatağını da özümüz işləməliyik. Yadımdadır ki, əslində onlar bir yerdə idi - “Ümid”-“Babək”. Xarici şirkətlərin də bu yataqlara marağı çox böyük idi. Çox yaxşı ki, biz bu yataqları saxlamışıq və indi bütün işləri özümüz görürük. Əlbəttə ki, “Babək” yatağında da bütün işləri özümüz görməliyik. Mən çox şadam ki, “Ümid” yatağı müstəqillik dövründə açıldı. Əgər 1950-ci, yaxud da 1970-ci illərdə açılsaydı, bəlkə də orada artıq qaz çoxdan çıxarılmışdı. Bu da tarixi ədalətdir. Azərbaycan dünya neft sənayesinə o qədər töhfə verib ki. Çox böyük töhfələr vermişik. İkinci Dünya müharibəsində Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa ola bilərdi. Bu yataqların toxunulmaz qalması bizə Allahdan verilən böyük hədiyyədir. Bu gün bu yataqlar müstəqil Azərbaycana xidmət göstərir və onilliklər bundan sonra da ölkəmizi gücləndirəcək”, deyə İlham Əliyev bəyan edib.
Xəbər Lenti
Keniyada təhsildə ingilis dilinə etiraz edilir
Təhlükəli motosiklet sürücüsünü polis saxlayıb
Venesuelada zəlzələ qurbanlarının sayı getdikcə artır - YENİLƏNİB
İsrail ordusu Livanda “Hizbullah” üzvlərini öldürdüyünü açıqlayıb
DÇ-2026: pley-off mərhələsinə yüksələn komandalar və turnir cədvəlində son vəziyyət
Rusiya gecə saatlarında Kiyevə hücum edib, yaralananlar var
İranın xarici işlər naziri İraqa səfər edib
İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir
BFMTV: Parisdə anomal istilər səbəbindən morqlar dolub
DÇ-2026: Argentina, Avstriya və Əlcəzair 1/16 finala yüksəlib
Sikorski: Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib
SEPAH ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
Argentina Prezident Administrasiyasının rəhbəri korrupsiya iddiaları fonunda istefa verib
Tramp: İran hücumları davam etdirsə, ABŞ hərbi əməliyyatları genişləndirə bilər
FP: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması əks nəticə verir
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib