Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi azalıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi azalıb
# 25 noyabr 2010 07:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2010-cu ilin noyabr ayının 1-nə mənfi 4,5% təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks oktyabrın 1-nə müsbət 6,7%, sentyabrın 1-nə mənfi 5,5%, avqustun 1-nə isə mənfi 13,3%-ə bərabər olub.

Qeyd edək ki, mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatları üzrə ay ərzində yaranmış fərqin dəyərinin həmin ayın əvvəlinə olan ehtiyatların həcminin dəyərinə nisbəti kimi hesablanır və hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. Azərbaycanda 2010-cu il noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 212,2 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da oktyabrın əvvəli ilə müqayisədə 9,9 mln. manat azdır.

Sənaye istehsalında mal ehtiyatları indeksinin azalması və onun mənfi rəqəmlə ifadə olunması əsasən iki amillə izah oluna bilər. Belə ki, azalma istehsalın azalması və ya istehlakın artımı ilə əlaqəlidir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, oktyabr ayında sənaye istehsalında aylıq müqayisədə 0,9% səviyyəsində azalma müşahidə olunub. Lakin göründüyü kimi, mal ehtiyatların azalması 4,5% təşkil edir ki, bunun da 3,6 faiz bəndi istehlakın artması hesabına formalaşıb.

Xatırladaq ki, istehsalın azalması olmadan və ya bu azalmanın ehtiyatların azalmasından daha aşağı səviyyədə olduğu halda, mal ehtiyatların azalması makroiqtisadi baxımından müsbət göstəricidir, çünki istehlakın artmasını əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR