Bank Of Baku

Azərbaycanda iki yeni istehsal müəssisəsi tikiləcək

Azərbaycanda iki yeni istehsal müəssisəsi tikiləcək
# 25 noyabr 2010 10:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan hökuməti ölkədə yaradılacaq bəzi istehsal müəssisələrinin tikintisinə xarici investorların cəlb olunması üçün tədbirlər görür.
Potensial xarici investorlara təqdim olunan layihələrdən biri Naxçıvanda «Cahan Holdinq» tərəfindən Keramika (kafel-metlax) Zavodunun tikintisini nəzərdə tutur.

«APA-Economics»in səlumatına görə, 6800 kv. metr ərazidə tikiləcək müəssisədə ildə 900 min kv. metr məhsul istehsal olunacaq, gələcəkdə bu məhsulların ixracı da nəzərdə tutulur. Reallaşması üçün 6 mln. avro tələb olunan bu layihə hesablamalara görə öz pulunu 4 ilə çıxaracaq.

İkinci istehsal layihəsi «2M Engineering» şirkəti tərəfindən tikilməsi nəzərdə tutulan günəş batereyaları üçün modul və panellərin istehsalı zavodudur. Layihədə istehsal edilən avadanlığın satışı və quraşdırılması da nəzərdə tutulur. Tikintisi 12 ay çəkəcək zavodun inşasına 2-2,5 mln. dollar tələb olunur. Bu layihə öz pulunu 3 ilə çıxaracaq.

Qeyd edək ki, bu layihələr Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən hazırlanmış ölkə təqdimatına da daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR