Bank Of Baku

Azərbaycan prezidenti Türkmənistan baş nazirinin müavinini qəbul edib

Azərbaycan prezidenti Türkmənistan baş nazirinin müavinini qəbul edib
# 25 noyabr 2010 13:08 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan baş nazirinin müavini Xıdır Saparlıyevi qəbul edib.

APA-Economics”in xəbərinə görə, qonaq Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırıb. O, Hökumətlərarası Birgə Komissiyanın müəyyən edilmiş tapşırıqlar əsasında səmərəli və fəal işlədiyini vurğulayıb, Türkmənistan prezidentinin komissiyanın daha məhsuldar işləməsi üçün əlavə tapşırıqlar verdiyini də bildirib.

prezident İlham Əliyev bu yaxınlarda Türkmənistan prezidenti ilə Bakıda görüşdüyünü və səmərəli danışıqlar apardıqlarını xatırladıb. Xəzəryanı ölkələrin dövlət başçılarının dənizdə qarşılıqlı fəaliyyət və ikitərəfli münasibətlər çərçivəsində keçirilən sammitini uğurlu tədbir kimi qiymətləndirən Azərbaycan prezidenti zirvə görüşündə yaxşı qərarlar qəbul olunduğunu qeyd edib. Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişafından razı qaldığını deyən dövlət başçısı Türkmənistan prezidenti ilə əlaqələrimizin inkişafına dair mühüm məsələləri müzakirə etdiklərini də diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR