Bank Of Baku

«Qaradağ Sement» ASC-nin Müşahidə Şurasının üzvü əvəzlənib

«Qaradağ Sement» ASC-nin Müşahidə Şurasının üzvü əvəzlənib
# 25 noyabr 2010 14:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycanın aparıcı sement istehsalçısı olan «Qaradağ Sement» ASC-nin səhmdarlarının növbədənkanar yığıncağı keçirilib.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, yığıncaq iştirakçıları tədbir zamanı gündəlikdə olan səhmdarların ümumi yığıncağının gündəliyi, həmçinin Müşahidə Şurasının üzvü Qaret Babsın (Garet Babbs) Horia Adrianla (Horia Adrian) əvəz olunması sadə səs çoxluğu ilə təsdiq və qəbul olunub.

Qeyd edək ki, «Qaradağ Sement» ASC-nin səhmdarlarının növbədənkanar yığıncağı Azərbaycan qanunvericiliyinə uyğun keçirilib. İndiyə qədər şirkətin 5 hüquqi şəxs və 879 fiziki şəxs səhmdarı mövcuddur. İsveçrənin «Holcim» şirkəti «Qaradağ Sement» ASC-nin nizamnamə fondunun 66%-nə, Azərbaycan İnvestisiya Şirkəti 10%-nə, Avropa Yenidənqurma və İnkişaf Bankı və «Holcim Auslandbeteiligungs GmbH.» şirkəti müvafiq olaraq 10% və 3,39%-nə, «Azer Invest Company» MMC isə 0,26%-nə malikdir. Ümumi səhmlərin qalan 10,35%-i isə fiziki şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR