Bank Of Baku

“Nabucco” rəsmisi: “Layihə çərçivəsində qazın nəqlinə dair ilk müqavilə yəqin ki, Azərbaycanla imzalanacaq”

“Nabucco” rəsmisi: “Layihə çərçivəsində qazın nəqlinə dair ilk müqavilə yəqin ki, Azərbaycanla imzalanacaq”
# 26 noyabr 2010 08:03 (UTC +04:00)
APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə “Nabucco” konsorsiumunun nümayəndəsi Kristian Doletsal açıqlama verib.

Onun sözlərinə görə, hazırda “Nabucco”nun səhmdarları aktiv məsləhətləşmələr keçirirlər: “Qaz nəqlinə dair ilk müqavilələrin imzalanması 2011-ci ilin ortalarına planlaşdırılır. İlk müqavilə yəqin ki, Azərbaycanla imzalanacaq”.

Müzakirələrdə konsorsiumun səhmdarları olan Almaniyanın RWE A.G., Avstriyanın “OMV Gas GmbH”, Macarıstanın “MOL Natural Gas Transmission Company Ltd.”, Rumıniyanın “S.N.T.G.N. Transgaz S.A.”, Bolqarıstanın BEH və Türkiyənin “BOTAŞ” şirkətləri iştirak edir. “Nabucco” iştirakçılarının planlarına görə, ildə 8 mln. kubmetr qaz Azərbaycan və Türkmənistandan, ildə 10 mln. kubmetr qaz isə İraqdan nəql olunmalıdır.

K.Doletsal qeyd edib ki, konsorsium artıq gələcək alıcılarla müqavilələr bağlayıb, bu isə 2011-ci ilin sonunda yekun investisiya qərarının qəbul olunmasına yol açır: “mühüm olan odur ki, Xəzər regionunda yetərincə qaz var. Biz inanırıq ki, 2011-ci ildə qazın nəqlinə dair müqavilələri imzalaya biləcəyik. Çünki artıq bunun vaxtıdır”.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan “Nabucco” kəmərinin inşası məqsədilə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq. Layihə çərçivəsində qazın nəqlinə 2014-cü ildən başlamaq nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR