Bank Of Baku

ARDNŞ-da yeni avadanlığın təqdimatı keçirilib

ARDNŞ-da yeni avadanlığın təqdimatı keçirilib
# 26 noyabr 2010 14:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ-ın baş ofisində Rusiyanın “PSM-İmpex” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırladığı “Geyzer” hidravlik quyuüstü avadanlığının təqdimatı keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, həmin avadanlıqdan neft hasilatında və neft quyularının işinin operativ qiymətləndirilməsində istifadə olunur.

2009-cu ildən sənayedə tətbiq olunan qurğu üzərində mütəxəssislər qrupu 7 il işləyib. Qurğunun işləmə qabiliyyəti “Lukoyl-Perm” və “Orenburqneft” şirkətlərinin yataqlarında təcrübədən keçirilib və effektiv nəticə verib. Təqdimat mərasimində “PSM-İmpex” MMC-nin kommersiya direktoru Rafael Xabirov bildirib ki, 3 saat ərzində montaj və demontaj oluna bilən və enerjisini 30% az istifadə edən “Geyzer” 16 tona qədər yükgötürmə qabiliyyətinə malikdir. Məsafədən idarəetmə sisteminə malik olan qurğu ən ağır iqlim şəraitində (-50`C - +45`C) işləyə bilir. Bununla yanaşı, avadanlıq tərtib olunmuş proqram sayəsində neft quyusunun parametrlərinə uyğun avtomatik tənzimlənə bilir. Müasir elektron cihazlar və idarəetmə sistemi ilə təmin olunmuş qurğu Ural mühəndisləri tərəfindən hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR