Bank Of Baku

Ağdamda təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsi ilə bağlı seminar-müşavirə keçirilib

Ağdamda təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsi ilə bağlı seminar-müşavirə keçirilib
# 27 noyabr 2010 10:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin tədbirlər planına uyğun olaraq Ağdam rayonunun Quzanlı kəndində Qarabağ Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinə həsr edilmiş seminar-müşavirə keçirib.
APA-nın FHN-in rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, seminar-müşavirədə regional mərkəzin əhatə etdiyi şəhər və rayonların, o cümlədən Ağcabədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli rayonlarından və Bərdə şəhərindən təhlükə potensiallı qurğu və avadanlıqları olan 60-dan artıq müəssisənin nümayəndələri, FHN-in aidiyyəti qurumlarının, o cümlədən Qarabağ Regional Mərkəzinin əməkdaşları iştirak edib. Tədbirdə əsas məqsəd regionda fəaliyyət göstərən təhlükə potensiallı sənaye müəssisələrinin rəhbərlərinə, sahibkarlara, iş adamlarına və fiziki şəxslərə təmsil etdikləri sahədə baş verə biləcək qəza və bədbəxt hadisələrin vaxtında xəbərdar edilməsi və qarşısının alınması istiqamətində təcili, qabaqlayıcı-profilaktik tədbirlərin görülməsində yardım edilməsi və bu sahədə onların maarifləndirilməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR