Bank Of Baku

Buşəhr Atom Elektrik Stansiyasında yanacağın yüklənməsi başa çatıb

Buşəhr Atom Elektrik Stansiyasında yanacağın yüklənməsi başa çatıb
# 27 noyabr 2010 12:04 (UTC +04:00)
APA-nın «France-Press» agentliyinə istinadən verdiyi məlumata görə, bunu Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi bildirib. O yanacağın yüklənməsi prosesinin konkret nə vaxt başa çatdığını deməsə də, qeyd edib ki, bu, bilərəkdən «səs-küysüz» həyata keçirilib.

Salehinin sözlərinə görə, artıq yaxın 1-2 ay ərzində İran stansiyada istehsal olunacaq elektrik enerjisinin istehlakına başlayacaq.

Xatırladaq ki, AES-in inşasına hələ 1970-ci illərdə start verilib və proses almaniyalı mütəxəssislərlə birlikdə aparılıb. Lakin İslam İnqilabından sonra Almaniya İrana qarşı yönəldilmiş beynəlxalq sanksiyalara qoşularaq layihədən çıxıb. Və nəhayət 1992-ci ildə Rusiyaya layihəyə qoşulub.

Stansiyada yanacağın yüklənməsinə bu ilin avqust ayında başlanılıb və həmin vaxt obyektin rəsmi açılışı keçirilib. AES-i yanacaqla Rusiya təchiz edir və işlənmiş yanacaq yenidən Rusiyaya çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR