Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda daha 3 yanacaqdoldurma məntəqəsi açıb

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda daha 3 yanacaqdoldurma məntəqəsi açıb
# 27 noyabr 2010 14:55 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyi bu ölkədə 3 yeni yanacaqdoldurma məntəqəsi açıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, «SOCAR» brendi adı altında ARDNŞ-in Gürcüstan nümayəndəliyi bu ölkədə yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsi proqnozunu 94% yerinə yetirib. Bu gün açılan yeni yanacaqdoldurma məntəqələri Gürcüstanın Ozurgeti, Batumi və Kvareli regionlarında yerləşir.

Nəticədə, ARDNŞ bu il Gürcüstanda 56 yanacaqdoldurma məntəqəsi istifadəyə verib. İlin sonunadək bunların sayının 60-a çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR