Bank Of Baku

İran və Türkmənistan arasında ikinci qaz kəməri istifadəyə verilib

İran və Türkmənistan arasında ikinci qaz kəməri istifadəyə verilib
# 29 noyabr 2010 07:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İran və Türkmənistan arasında sayca ikinci olan qaz kəməri istifadəyə verilib.

APA-Economics”in İranın IRNA agentliyinə istinadən verdiyi məlumata görə, yeni kəmərin açılış mərasimində İran prezidenti Mahmud Əhmədinejad, Türkmənistanın dövlət başçısı Qurbanqulı Berdıməhəmmədov və İranın xarici işlər naziri Mənuçöhr Mottəki iştirak ediblər.

Qeyd edək ki, Türkmənistan 1997-ci ilin dekabr ayından etibarən İrana qaz ixrac edir. Həmin vaxt ölkələr arasında Körpəcə - Kurt-Kui ilk qaz kəməri istifadəyə verilib. Bu kəmərin illik nəqletmə gücü 8 mlrd. kubmetr təşkil edir. Bu ilin yanvar ayında isə ölkələr arasında uzunluğu 524 km təşkil edən Dövlətabad-Hangiran qaz kəməri inşa olunub. Hazırda bu kəmərin İran ərazisində yerləşən uzunluğu 500 km olan ikinci hissəsi istifadəyə verilib. Nəticədə Türkmənistan qazının İrana ixracı ildə 20 mlrd. kubmetrə çata bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR