Bank Of Baku

Bu ilin 10 ayı ərzində Azərbaycanda işıq pulu yığımı 94%-ə çatıb

Bu ilin 10 ayı ərzində Azərbaycanda işıq pulu yığımı 94%-ə çatıb
# 29 noyabr 2010 09:59 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin oktyabr ayında ölkədə 472,1 mln. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib.

«Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, enerjiyə görə ümumi ödəniş ötən ilin eyni dövrü ilə müqayisədə 11%-dən çox artaraq 94%-ə yaxın olub.

Daimi əhali istehlakçı qrupu üzrə istehlak 163 mln. kVt/saata yaxın olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4%-ə yaxın artıqdır. Əvəzində əhali qrupu üzrə ödəniş ötən ilin eyni dövründə nisbətən 3,3% artaraq 87,4% olub.

Ötən ayların debitor borcunu da nəzərə almaqla oktyabr ayında 15 rayon üzrə ödənişin səviyyəsi 100%-i keçib, 7 rayonda isə ödəniş 98%-dən yuxarı olub. Ötən ay ən yüksək ödəniş səviyyəsi “Samux” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 141,4%), ən aşağı isə “Daşkəsən” EŞ-də (46,8%) qeydə alınıb. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə ötən ayların debitor borcu nəzərə alınmaqla 13 rayon üzrə 100%-dən yuxarı, 10 rayonda isə 95%-dən yuxarı nəticə əldə edilib. Əhali istehlakçı qrupu üzrə ödənişdə ən yüksək göstərici “Şirvan” ŞEŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 136,6%), ən aşağı göstərici isə “Sabirabad” EŞ-də (42,1%) qeydə alınıb.

Ümumilikdə bu ilin yanvar-oktyabr aylarında 5 mlrd. 180,1 mln. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 93,9%-ə yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7%-dən çox artıb. Daimi əhali istehlakçı qrupunda istehlak 1 mlrd. 881,4 mln. kVt/saata yaxın olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% artaraq 80,3% olub.

İlk 10 ayda ümumi ödənişə görə ən yüksək göstərici “Sumqayıt” ŞEŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla) 128%-dən çox, ən aşağı isə “Sabirabad” PEŞ-də 55%-ə yaxın olub. Yanvar-oktyabr aylarında əhali qrupu üzrə ən yüksək yığım göstəricisi “Şirvan” ŞEŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 112,3%), ən aşağı isə “Sabirabad” PEŞ-də (41,8%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR