Bank Of Baku

İtaliyanın “Edison S.p.A” şirkəti Azərbaycanla təbii qaz alqı-satqısına dair danışıqları bərpa etmək istəyir

İtaliyanın “Edison S.p.A” şirkəti Azərbaycanla təbii qaz alqı-satqısına dair danışıqları bərpa etmək istəyir
# 29 noyabr 2010 15:49 (UTC +04:00)
Bakı - APA-Economics. İtaliyanın “Edison S.p.A” şirkəti gələn il Azərbaycanla təbii qaz təchizatına dair danışıqları bərpa edəcək və yanacağın alınmasına dair razılığa gələcək.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu barədə şirkətin icraçı direktoru Umberto Quadrino açıqlama verib.

“Bizim əsas məqsədimiz qazın satın alınmasına dair müqavilələr haqqında aparılacaq danışıqların yenidən bərpasıdır” - deyə U.Quadrino qeyd edib.

İtaliyanın ikinci böyük enerji mənbəyi olan, Milanda elektrik mənbəyi olaraq qazdan istifadə edən və onları birbaşa istehlakçılara çatdıran “Edison S.p.A” şirkətinin mənfəəti cari ilin III rübündə 54% azalıb. Buna səbəb onun bağladığı təchizat müqavilələri zamanı neftin qiymətinin yüksək olması, sonradan isə ucuzlaşması olub. Şirkətin təchizatçıları sırasına Rusiya, Əlcəzair, Liviya, Norveç və Qətər daxildir.

Qeyd edək ki, Avropanın qaz müqavilələri əsasən xam neftin qiyməti ilə əlaqəlidir. U.Quadrinonun dediyinə görə, mövcud qaz təchizatının müqavilələrinin şərtlərini dəyişmək və Azərbaycandan qazın alınmasına dair razılıq əldə edilməsi inkişafa gətirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR