Bank Of Baku

Sumqayıt Texnologiyalar Parkı məhsul ixracına hazırlaşır

Sumqayıt Texnologiyalar Parkı məhsul ixracına hazırlaşır
# 27 sentyabr 2011 13:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sumqayıt Texnologiyalar Parkı (STP) məhsullarını yaxın xaricə ixrac edəcək. «APA-Economics»in məlumatına görə, bunu «Azenco» şirkəti İdarə Heyətinin sədr müavini Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda STP-də istehsal olunan məhsulların xarici bazara çıxarılmasına dair bir sıra layihələr mövcuddur: «Biz məhsullarımızı Türkiyə, Rusiya, Qazaxıstan kimi ölkələrə ixrac etmək niyyətindəyik. Ümumiyyətlə, STP-də fəaliyyət göstərən zavodların regionda analoqu yoxdur».

Z.Məmmədov bildirib ki, STP-dən yaxın xaricə əsasən kabel, plastik borular, günəş kollektorları və s. ixrac olunacaq.

Qeyd edək ki, hazırda STP-də istehsal olunan məhsullar daxili bazarda realizə olunur. STP-nin əsas sifarişçiləri Azərbaycan Dövlət Neft Şirkəti və «Azərenerji» ASC-dir.

Xatırladaq ki, STP-nin tikinti-quraşdırma işlərini «Inter Energy» və «Azenco» şirkətləri həyata keçirir. Hazırda STP-də 10 zavod fəaliyyət göstərir ki, bunların sırasında qaynar sinkləmə zavodu, maşınqayırma zavodu, kabel zavodu, plastik borular zavodu, alüminium profillər zavodu, elektron sayğaclar zavodu və s. mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR