Bank Of Baku

Gələn il Sumqayıt Texnologiyalar Parkında 4 yeni zavod açılacaq

Gələn il Sumqayıt Texnologiyalar Parkında 4 yeni zavod açılacaq
# 27 sentyabr 2011 14:22 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azenco» şirkəti İdarə Heyətinin sədr müavini Zaur Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda ərazisi 43 hektar olan STP-də 10 zavod fəaliyyət göstərir ki, bunlar, qaynar sinkləmə zavodu, maşınqayırma zavodu, kabel zavodu, plastik borular zavodu, alüminium profillər zavodu, elektron sayğaclar zavodu və s. müəssisələrdir: «Gələn il daha 4 zavodu istismara vermək niyyətindəyik ki, bu, transformator, alüminium və mis profillər, poladtökmə və sennviç panellər zavodlarıdır».

Qeyd edək ki, perspektivdə STP-də zavodların sayı 30-a çatdırılacaq.

Xatırladaq ki, STP-nin tikinti-quraşdırma işlərini «Inter Energy» və «Azenco» şirkətləri həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR