Bank Of Baku

Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri: “Cənub dəhlizi” Avropanın enerji təminatının diversifikasiyasında mühüm əhəmiyyətə malikdir” - MÜSAHİBƏ - EKSKLÜZİV

Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri: “Cənub dəhlizi” Avropanın enerji təminatının diversifikasiyasında mühüm əhəmiyyətə malikdir” - <font color=red>MÜSAHİBƏ</font> - <font color=red>EKSKLÜZİV</font>
# 27 sentyabr 2011 14:36 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendrinin (Charles Hendry) Bakıya səfəri ərəfəsində “APA-Economics”ə müsahibəsi

- Cənab Hendri, Böyük Britaniya şirkətləri Azərbaycanda aparıcı xarici sərmayəçilərdir və Azərbaycanın təbii ehtiyatlarının istismar olunmasında mühüm rol oynayırlar. Siz bu sahədə ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsini və perspektivlərini neçə qiymətləndirirsiniz?

- Böyük Britaniya birbaşa xarici sərmayələrin yarıdan çoxunu təmin etdiyindən, Azərbaycanda ən böyük xarici sərmayəçidir. Britaniya Azərbaycana mal ixrac edən ilk beş ölkə sırasında davamlı olaraq üst mövqe tutur. Biz bu münasibətləri gələcəkdə də davam etdirməyə ümid edirik. Azərbaycanda yeni təbii qaz yataqlarının aşkar edilməsi şəraitində indi yalnız karbohidrogen ehtiyatlarının hasilatı deyil, habelə təminat və təchizat sənayesi, az həcmli karbon sektorunda da imkanlar meydana gəlib. Bu istiqamətdə və nou-hau texnologiyaları sahəsində Britaniya böyük təcrübəyə malikdir. Ənənəvi və aşağı karbonlu sektorda Britaniya biznesinin dəstəklənməsi, qlobal enerji təhlükəsizliyi və az həcmli karbon siyasəti arasında əməkdaşlığa arxalanaraq, bunların Azərbaycana daha geniş inkişaf imkanları açdığını söyləmək olar. Bütün bunlar inkişaf proqramları sahəsində hökuməti daha geniş imkan və ehtiyatlarla təmin etmiş olur. BP şirkəti Azərbaycandakı bu imkanları dəyərləndirərək təkcə “Şahdəniz” layihəsinin istismarına 20 mlrd. dollardan çox sərmayə yatırıb. Daha 20 mlrd. dollarlıq sərmayənin qoyulacağı bu layihə Azərbaycan iqtisadiyyatı üçün sözün əsl mənasında aparıcı lokomotivə çevrilib. BP həmçinin BTC xəttinin operatoru və əsas sərmayəçisidir. Bununla yanaşı, BP burada tək deyil. Azərbaycanda daha 150 Britaniya şirkəti fəaliyyət göstərir. Səfər zamanı məni işgüzar dairələri təmsil edən şirkətlərin, o cümlədən “Shaw Group”, “Evans Randall”, “Invesco” kimi şirkətlərin nümayəndələri müşayiət edir. Bu şirkətlər enerjidən tutmuş maliyyə xidmətlərinə kimi müxtəlif sahələri əhatə edir və onların hamısı Azərbaycanın təklif etdiyi böyük imkanlarda maraqlıdır.

- “Cənub dəhlizi” layihəsi Avropanın enerji təminatının diversifikasiyasında mühüm elementdir. Bu layihə Britaniya üçün niyə bu qədər mühümdür? Layihənin baş tutması üçün nə edilməlidir?

- Təklif olunan “Cənub dəhlizi” bizim enerji təhlükəsizliyi strategiyamızın mühüm parçasıdır və Xəzər regionundan qazı birbaşa Avropaya çatdıracaq. Qeyri-ənənəvi enerji mənbələrinin çoxalmasına və karbondan tədricən imtinaya baxmayaraq, “Cənub dəhlizi” layihəsi Avropanın enerji təminatının diversifikasiyasında mühüm olaraq qalır. Bu, habelə regionun karbohidrogen ehtiyatlarının istismarının təminatında çox vacibdir. Neft “Cənub dəhlizi”nin mühüm elementini təşkil etsə də, bizim əsas diqqətimiz qaza yönəlmiş olaraq qalır. Bütün bunlar isə konkret boru marşrutunun tikintisini şərtləndirir. İlkin olaraq “Cənub dəhlizi” Azərbaycanın “Şahdəniz” yatağındakı qazı Aİ-yə nəql edəcək. Hazırda qaz yataqlarında operatorluq hüququna malik şirkətlər tərəfindən Avropanın mərkəzinə uzanacaq bir sıra potensial boru kəməri layihələri, o cümlədən “Nabucco”, ITGI və TAP nəzərdən keçirilir. Lakin bu və ya digər layihəni seçmək Britaniya hökumətinin ixtiyarında deyil. Hazırda Azərbaycanla Türkiyə arasında qaz tranziti layihəsinin imzalanmasına təcili ehtiyac var. Bu saziş “Şahdəniz” konsorsiumu tərəfindən növbəti sərmayə barədə qərar çıxarılmasını və 2017-ci ildə ilk qazı nəql etməyi mümkün edəcək.

- Azərbaycan və Britaniya neft sahəsində uzun illərdir sıx əməkdaşlıq edirlər. Bəs alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq mümkündürmü?

- Azərbaycan külək, su və bioelement sahəsindəki alternativ enerji mənbələrinin hasilatında böyük potensiala malikdir. Bəzi təhlilçilər külük enerjisi hasilatının toplam miqdarını 1500 MVt həcmində hesablayıb. Enerji hasilatı baxımından bio və hidro enerji əhəmiyyətli potensiala malikdir. Ada dövləti olduğumuzdan, biz Avropada ən yaxşı külək enerjisi ehtiyatlarına malikik. Külək mənbəli enerji bizə alternativ enerji və iqlim dəyişikliyi məqsədlərimizə yetişməyimiz üçün lazımdır. Külək enerjisi sərmayə, ixrac və iş yerlərinin təşviq və yaradılmasında mühüm amil ola bilər və bu, iqtisadi rifahı canlandırmalıdır. Britaniya hökuməti külək enerjisinin inkişafı siyasətinə sadiqdir. Britaniya sahilyanı zolaqda quraşdırılmış və 1,5 GVt gücündə olan enerji hasil edən qurğulara görə dünyada liderdir. Britaniyanın bərpa olunan enerji bazarı dünyada ən cəlbedici bazardır. “Ernst & Young” şirkətinin tərtib etdiyi “Alternativ Enerji Cəlbediciliyi” indeksinə görə biz 30 ölkə arasında birinci yerdə qərarlaşmışıq. Britaniya 2020-ci ilə kimi özünün enerji istehsalının 15%-nin bərpa olunan mənbələrindən əldə etməyinə dair hədəf qoyub. Biz ayrı-ayrı bərpa olunan enerji mənbələrini abstrakt bir məqsəd kimi qoymuruq, biz enerji sahəsində bazarın tələbatı ilə hərəkət edirik. Bu və ya digər mənbədən hasilatın faktiki həcmi bir sıra amillərdən, o cümlədən bazarın tələbatı, xərclər və texnologiyaların yayılmasından asılıdır. Bizim bərpa olunan enerjiyə sadiqliyimiz təcrübəmizi tərəfdaşlarımızla bölüşə biləcəyimiz anlamına gəlir. Bundan savayı, təbii ki, biz də digərlərindən öyrənməyə hazırıq.

- Meksika körfəzində ötən ilki fəlakət həm insani, həm də ekoloji baxımdan bir şok oldu. Neçə düşünürsüz, Xəzərdə buna bənzər ekoloji faciəyə yol verməmək üçün biz hansısa dərs almışıqmı?

- Meksika körfəzindəki faciə dünya boyunca bütün hasilat sənayesi üçün bir sınaq oldu. Biz əminik ki, ətraf mühit və təhlükəsizlik sahəsində dünyada ən təkmil qaydalara malikik. 1974-cü ildən bəri Britaniya sularının dərinliyində yerləşən 316 yataq qazılıb və bircə neft sızması da qeydə alınmayıb. Bununla bərabər, biz ötən ilki faciədən dərs götürməyə və ehtiyac olduğu halda öyrəndiyimizi tətbiq etməyə hazırıq. Biz habelə sahilyanı ekoloji yoxlamaların sayını 60-dan 150-yə kimi artırmışıq və Neft Çirklənməsinə Dair Hərəkət Planını təkmilləşdirmişik. Eyni zamanda Amerikadakı araşdırma fonunda biz Britaniyanın sahilyanı neft və qaz rejimini tam olaraq yenidən təftiş edirik. Bu iş müstəqil olaraq həyata keçirilir və cari ilin sonu müvafiq hesabat açıqlanacaq. Biz habelə neft sənayesinin öz təşəbbüsü olan Neft Axıntısının Önlənməsi və Hərəkət Planı üzrə Məsləhət Qrupunu (OSPRAG) tam dəstəkləyirik. Bu təşəbbüsün məramı neft axıntılarını müəyyən edib onlara operativ reaksiya verməkdir. Müvafiq önləyici qurğu OSPRAG-nın təşəbbüsü ilə hazırlanır. Bu, neft sızmasını müəyyən edib onu dərhal nəzarət altına almağa hesablanıb. Fövqəladə hal baş verdiyi təqdirdə, neft sızan sahəyə taxılacaq xüsusi qapaq OSPRAG-nın egidası altında hazırlanır. Bu, axıntı zamanı operativ müdaxiləyə və neft sızması riskini minimuma endirməyə imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR