Bank Of Baku

«Darvin bankası» yatağında yeni quyu qazılır

«Darvin bankası» yatağında yeni quyu qazılır
# 27 sentyabr 2011 15:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi «Darvin bankası» yatağındakı 620 nömrəli özüldə 678 nömrəli quyunun qazılması işlərinə başlayıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, «Abşeronneft» NQÇİ-nin sifarişi ilə Qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1300 metrdir. Quyudan sutkada 6 ton neft hasil ediləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 620 nömrəli özüldən ümumilikdə 20 quyunun qazılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR