Bank Of Baku

Sabah Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Carlz Hendri Azərbaycana gəlir

Sabah Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Carlz Hendri Azərbaycana gəlir
# 27 sentyabr 2011 15:52 (UTC +04:00)
Sənaye və Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 28-də C.Hendrinin Azərbaycana rəsmi səfəri başlayır. Britaniyalı naziri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov qarşılayacaq.

C.Hendrinin Azərbaycanın sənaye və energetika naziri N.Əliyevlə görüşü keçiriləcək. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq, bu sahədə əlaqələrin perspektivinə dair fikir mübadiləsi aparılacaq. Qonaq səfər çərçivəsində Səngəcal terminalına baş çəkəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR