Bank Of Baku

Metyu Brayza: “Transxəzər layihəsi yalnız Azərbaycanla Türkmənistandan asılıdır, başqa heç kəs buna müdaxilə edə bilməz”

Metyu Brayza: “Transxəzər layihəsi yalnız Azərbaycanla Türkmənistandan asılıdır, başqa heç kəs buna müdaxilə edə bilməz”
# 28 sentyabr 2011 10:09 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) Bakıda keçirilən görüşündə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, Transxəzər kəmərinin tikintisi ilə ABŞ strateji məqsədlərə çata bilər: “Məhz buna görə Birləşmiş Ştatlar bu layihədə maraqlıdır”.

M.Brayza qeyd edib ki, layihənin icrası yalnız Azərbaycanla Türkmənistandan asılıdır və başqa heç kəs bu məsələyə müdaxilə edə bilməz: “ABŞ Azərbaycanı bu layihədə dəstəkləyir, hər iki ölkənin bu məsələdə strateji marağı var. Kəmərin uğurlu olub-olmaması isə iqtisadi və siyasi məsələlərdən asılıdır”.

“Cənub dəhlizi”ndən söz açan səfir bildirib ki, hansı layihənin - “Nabucco”, ITGI, TAP - seçilməsindən asılı olmayaraq, dəhliz inkişaf edəcək.

Qeyd edək ki, Avropa İttifaqının Şurası bu il sentyabrın 7-də Transxəzər qaz kəmərinin hüquqi bazasına dair Azərbaycan və Türkmənistanla danışıqların aparılması üçün Avropa Komissiyasına mandat verib. Transxəzər qaz kəməri layihəsi 7,9 mlrd. avro həcmində qiymətləndirilir. Layihə Azərbaycan və Türkmənistan qazının Avropa ölkələrinə nəqlini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR