Bank Of Baku

Xəzərdəki «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda bəzi platformaların işi dayandırılacaq

Xəzərdəki «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda bəzi platformaların işi dayandırılacaq
# 28 sentyabr 2011 10:41 (UTC +04:00)
Profilaktik işlər «Şərqi Azəri», «Qərbi Azəri» və «Mərkəzi Azəri» platformalarında növbə ilə, hər biri təqribən 10-15 gün olmaqla aparılacaq və bnunla bağlı həmin vaxt platformaların işi müvəqqəti olaraq dayandırılacaq.

«BP-Azerbaijan» şirkətinin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, bu ppoqram 5 həftəlikdir. Proqram üzrə görüləcək işlər əsasən ümumi mexaniki, avadanlıq və platformaya nəzarət sistemi ilə bağlı olacaq.

«Azəri-Çıraq-Günəşli» yataqlarındakı digər platformalar – «Çıraq» və «Günəşli», həmçinin «Şahdəniz» yatağındakı platformadan hasilat normal davam edəcək. Bakı-Supsa və Cənubi Qafqaz boru (Bakı-Tbilisi-Ərzurum) kəmərləri vasitəsilə ixrac əməliyyatları da normal davam edəcək.

Bakı-Tbilisi-Ceyhan kəməri və Səngəçal terminalı da öz əməliyyatlarını adi qrafik üzrə davam etdirəcək. «Lakin onların iş rejimi «Azəri»dəki platformalarda aparalacaq profilaktik işlər proqramına uyğunlaşdırılacaq.
Başqa sözlə, həmin müddət ərzində BTC ilə neft ixracının həcmi adi rejimə nisbətən azalacaq», - deyə şirkətdən bildirilib.

Ceyhandan tankerlərin yola salınması da bu profilaktik işlər proqramına uyğun olaraq nisbətən azaldılmış rejimlə davam edəcək.

BP bildirir ki, bu işlər ilin əvvəlindən təsdiqlənmiş iş proqramına əsasən həyata keçirilir. Xatırladaq ki, eyni tipli profilaktik işlər bu ilin iyul ayında «Çıraq» platformasında, avqustda isə «Şahdəniz» platformasında həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR