Bank Of Baku

Bakı Dərin Özüllər Zavodunda yeni növ məhsul istehsalına başlanılıb

Bakı Dərin Özüllər Zavodunda yeni növ məhsul istehsalına başlanılıb
# 28 sentyabr 2011 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda yeni növ məhsul istehsalına başlanılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, fəaliyyət dairəsini genişləndirən zavodda yeni növ məhsul - işçi təzyiqi 100 atmosferədək olan torlu və jalüzlü neft-qaz separatorlarının istehsalına başlanılıb. Artıq həmin separatorların texniki şərtlərinin razılaşdırılması ilə bağlı məsələlərə dövlət nəzarət orqanlarında baxılıb və zavoda bu məhsulun standartlara uyğun olmasını təsdiq edən Texniki Təhlükəsizlik Sertifikatı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR