Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi nazirini qəbul edib

Azərbaycanın sənaye və energetika naziri Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi nazirini qəbul edib
# 28 sentyabr 2011 15:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Böyük Britaniyanın Bakıda səfərdə olan enerji və iqlim dəyişikliyi naziri Carlz Hendrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Onun sözlərinə görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın mövcud durumu və perspektiv inkişaf istiqamətləri müzakirə olunub.

«Tərəflər arasında neft və qaz yataqlarının kəşfiyyatı, hasilat və nəql sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, «Şəfəq-Asiman» yataqları üzrə əməkdaşlıq məsələləri, neft və qaz dərin yataqlarının birgə işlənməsi, Azərbaycanda müasir neftayırma və neft-kimya müəssisələrinin inşası sahəsində birgə əməkdaşlıq və bu sahədə Böyük Britaniyanın təcrübəsinin öyrənilməsi, alternativ və bərpa olunan enerji sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub», - deyə A.Mənsimli bildirib.

Görüşdə britaniyalı nazir qeyd edib ki, 2020-ci ilədək Böyük Britaniyada alternativ və bərpa olunan enerji sahəsində proqram həyata keçirilir və artıq 2020-ci ildə Böyük Britaniyanın ümumi enerji balansının 15%-i alternativ enerjinin payına düşəcək. Böyük Britaniyanın bu sahədə mühüm texnologiyalara və təcrübəyə malik olduğunu deyən Ç.Hendri təcrübənin bölüşdürülməsini və birgə layihələrin həyata keçirilməsini təklif edib. Öz növbəsində Azərbaycan tərəfi bu təklifi müsbət qiymətləndirib.

Görüş zamanı həmçinin enerji effektivliyi sahəsində birgə əlaqələrin qurulması, inkişaf etdirilməsi və təcrübə mübadiləsi qərara alınıb.

Bununla yanaşı, N.Əliyev qeyd edib ki, 1994-cü ildən Azərbaycan Böyük Britaniya şirkətləri ilə neft-qaz sahəsində əməkdaşlıq edir. Nazir əməkdaşlığı enerji sektorunun digər yeni sahələrində də istiqamətlərin müəyyənləşdirilməsini təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR