Bank Of Baku

Braziliya məhkəməsi hinduların tələbi ilə hidroelektrik stansiyanın tikintisini dayandırıb

Braziliya məhkəməsi hinduların tələbi ilə hidroelektrik stansiyanın tikintisini dayandırıb
# 29 sentyabr 2011 08:08 (UTC +04:00)
Bakı - APA-Economics. Braziliya Federal Məhkəməsi “Belo Monte” hidroelektrik stansiyasının (HES) tikintisinin dayandırılmasına qərar verib.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, məhkəmənin qərarında bildirilir ki, dünyanın üçüncü ən böyük HES-i olacaq “Belo Monte” Amazoniyanın yerli xalqlarının balıq ovuna mane olur.

Qərara əsasən, HES-in tikildiyi Şinqu çayının yatağına zərər vurduğu üçün bölgədə liman və bənd tikintisi, partlayıcı maddələrdən istifadə olunması, kanal çəkilişi və digər bu kimi fəaliyyətlər qadağan edilib.

Qeyd edək ki, Braziliya hökuməti HES-in tikintisinə 2010-cu ilin fevralında icazə verib. Ekoloqlar və Şinqu çayının sahilində yaşayan hindu tayfaları bunun əleyhinə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR