Bank Of Baku

Azər Bayramov: «Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsində neftin baza qiyməti olduqca optimal həddə nəzərdə tutulub»

Azər Bayramov: «Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsində neftin baza qiyməti olduqca optimal həddə nəzərdə tutulub»
# 29 sentyabr 2011 08:52 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu fikri maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

A.Bayramovun sözlərinə görə, neftin büdcədəki baza qiymətinə bir qədər konservativ yanaşma vacibdir və bu dünya bazarında qiymətlərin dəyişkənliyi ilə bağlıdır: «Yekunda, gəlirin az olmasından isə, proqnozlaşdırılandan daha artıq, əlavə gəlirlərin olması daha yaxşıdır. Bu baxımdan, hesab edirəm ki, gələn ilin büdcəsinin layihəsində neftin baza qiymətinin olduqca optimist səviyyədə nəzərdə tutulduğunu düşünürəm».

Xatırladaq ki, bu yxınlarda Maliyyə Nazirliyi Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsi və makroiqtisadi proqnozların layihələrini hökumətə təqdim edib. Büdcənin layihəsində neftin baza qiyməti 1 barel üçün 80 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Gələn il büdcə xərclərinin 2011-ci ilə nisbətən təqribən 30% artacağı gözlənilir. Büdcə gəlirlərində Dövlət Neft Fondundan transfertlərin həcminin 2011-ci ildəkindən az olmayacağı bildirilir.

Qeyd edək ki, 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat, xərcləri isə 15 941,2 mln. manat həcmində təsdiqlənib. Büdcədə neftin baza qiyməti 80 dollar/barel səviyyəsində götürülüb. Sentyabrın 15-də dünya bazarında Azərbaycan neftinin qiyməti 119,56 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR