Bank Of Baku

Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçirilib

Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçirilib
# 29 sentyabr 2011 11:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VIII iclası keçirilib.

«APA-Economics»in məlumatına görə, komissiyaya Azərbaycan tərəfindən sənaye və energetika naziri Natiq Əliyev, Qazaxıstan tərəfindən isə neft və qaz naziri Sauat Mınbayev həmsədrlik ediblər.

İclasda iki ölkə arasında ticarət-iqtisadi, kənd təsərrüfatı, nəqliyyat, gömrük, səhiyyə, təhsil, turizm, mədəniyyət, idman, rabitə və digər sahələr üzrə əlaqələr müzakirə olunub.

Görüş zamanı N.Əliyev iki ölkə arasında strateji əməkdaşlığın mövcud olduğunu bildirib və qeyd edib ki, Azərbaycanla Qazaxıstanın bir çox dövlət qurumları sıx əməkdaşlıq edir.
Öz növbəsində S.Mınbayev iki ölkə arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin, əməkdaşlıq sahələrinin genişləndirməyin vacibliyini bildirib.

Qeyd edək ki, Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının VIII iclasının yekunlarına dair iki ölkə arasında protokol imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR