Bank Of Baku

Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 97%-ə çatıb

Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 97%-ə çatıb
# 29 sentyabr 2011 12:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərenerji» ASC üzrə 2011-ci ilin avqust ayında 564,6 mln. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% çoxdur. «Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, ümumi ödəniş isə ötən ayların debitor borcları da nəzərə alınmaqla 100%-dən çox olub.

Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə mütləq artım 20% təşkil edib. Daimi əhali istehlakçı qrupu üzrə istehlak 183,5 mln. kVt/saata yaxın olub, ödəniş isə 19,5% artaraq 97%-ə çatıb.

Cari ilin 8 ayı ərzində ASC üzrə ümumilikdə 4 497 mln. kVt/saat elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 85,5% təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 245,2 mln. kVt/saat və ya 5,8% artıb, ödənişdə mütləq artım 4%-dən artıq olub. Daimi əhali istehlakçı qrupunda isə istehlak 1 524,2 mln. kVt/saat təşkil edib ki, bu da illik müqayisədə 42,8 mln. kVt/saat və ya 2,9% azdır. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 8,2% artaraq 87%-dən çox olub.

Qeyd edək ki, cari ilin 8 ayı ərzində Regional Elektrik Şəbəkəsi (REŞ) müəssisələri üzrə ümumi ödənişdə ən yüksək göstərici «Şirvan» REŞ-də 90,8%, ən aşağı göstərici isə «İmişli» REŞ-də 75,8% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR