Bank Of Baku

Britaniyalı nazir: “Böyük Britaniya şirkətləri Azərbaycanda yeni neftayırma zavodu tikməyə hazırdırlar”

Britaniyalı nazir: “Böyük Britaniya şirkətləri Azərbaycanda yeni neftayırma zavodu tikməyə hazırdırlar”
# 29 sentyabr 2011 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Böyük Britaniya şirkətləri Azərbaycanın neftayırma sahəsinə böyük maraq göstərir. “APA-Economics”in xəbərinə görə, bu barədə Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendri Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Sənaye və Energetika, Maliyyə nazirliklərində, Mərkəzi Bankda görüşlər keçirilib: “Böyük Britaniya şirkətləri Azərbaycanda mövcud neftayırma zavodlarının yenidən qurulmasında maraqlı olduqlarını, lazım gələrsə, yenisini tikməyə hazır olduqlarını bildiriblər”.

Ç.Hendrinin fikrincə, Azərbaycanın gələcəyi böyük perspektiv vəd edir: “Birləşmiş Krallığın Azərbaycanda marağı böyükdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR