Bank Of Baku

Çarlz Hendri: «Transxəzər qaz kəməri layihəsində bütün məsələlər nəzərdən keçirilməlidir»

Çarlz Hendri: «Transxəzər qaz kəməri layihəsində bütün məsələlər nəzərdən keçirilməlidir»
# 29 sentyabr 2011 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Transxəzər qaz kəmərinin inşası ilə bağlı layihədə bütün məsələlər nəzərdən keçirilməlidir. «APA-Economics»in məlumatına görə, bunu Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendri Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Layihənin ətraf mühitə zərər vurması və İranla Rusiyanın məhz bu səbəbdən layihənin əleyhinə çıxması məsələsinə gəldikdə isə nazir qeyd edib ki, «Şahdəniz» yatağında böyük qaz ehtiyatları mövcuddur və bu qazın dünya bazarlarına çıxarılması hüququ yalnaz Azərbaycana məxsusdur: «Layihə çərçivəsində bütün məsələlər nəzərdən keçirilməlidir. Layihənin icrasında zərgərlik dəqiqliyi olmalıdır – istər kəmərin ötürücülük qabiliyyəti, istərsə də ətraf mühitin qorunması baxımından».

Nazir onu da əlavə edib ki, «Şimal dəhlizi» çərçivəsində Rusiyanın özü qaz kəmərini Baltik dənizinin dibi ilə çəkir.

Ç.Hendrinin sözlərinə görə, gələcəkdə bu layihə çərçivəsində Azərbaycan və Türkmənistan bir çox vacib qərarlar verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR